"Забытые истории" - это книга, написанная Сеймуром Байчаном и состоящая из 44 историй, которые были написаны за последний год. Рассказы охватывают события эпохи с древних времен до наших дней и описывают разные временные периоды.
Расим Караджи: "После прочтения новой публикации "Забытых историй" я закончил ее. При начале чтения, автор рекомендовал мне читать истории последовательно от начала до конца в хронологическом порядке. Несмотря на то, что я читал несколько историй из середины книги, я вовремя выполнил это указание и начал читать все истории в порядке очереди. При конце чтения я понял, что это был единый роман, состоящий из множества историй. С одной стороны, простые истории, на первый взгляд, кажутся простыми, но при чтении каждой из них глубже открывается смысл отдельных моментов. Автор использует слово для описания эмоций, возникающих у читателя. Некоторые истории, описанные без связи друг с другом, тем не менее, представляют интерес, так как они охватывают период времени, продолжительностью более сотни лет, и изображают процесс формирования нынешнего азербайджанского общества. События начинаются с периода бакинской республики и продолжаются до настоящего времени. Истории охватывают революции 1905, 1917-1925 годов, период до и после войны, 60-70-х и 80 годы. Таким образом, с ним можно ознакомиться весь жизненный путь Азербайджана. В книге описана общая картина человека, это обобщенный образ азербайджанца, который сталкивается с этими событиями в молодом возрасте, как советский человек. Конечно, этот человек жил в советское время, но его портрет является основным мотивом рассказов. Рассматривая эти истории с точки зрения разных поколений, читатель знакомится с различными социальными изменениями, происходившими с людьми в разные периоды человеческой истории. Здесь также есть вопросы, возникающие к читателям, на которые нельзя ответить односложно. Задача художника заключается в том, чтобы помочь ответить на эти вопросы и помочь читателю понять окружающее его пространство.
Аудиокнига «Gecikmiş hekayələr» написана автором Seymur Baycan в году.
Минимальный возраст читателя: 0
Язык: Азербайджанский
Описание книги от Seymur Baycan
“Gecikmiş Hekayələr""ə Seymur Baycanın son bir ildə yazdığı 44 hekayə daxil edilib. Hekayələr keçən əsrlərdən tutmuş müasir zamanlara qədər ki, dövrlərin hadisələrini əhatə edir. Rasim Qaraca: “Seymur Baycanın yeni çapdan çıxmış “Gecikmiş hekayələr” kitabını oxuyub tamamladım. Kitaba yeni başlayanda müəllif, hekayələri başdan sona doğru, ardıcıl oxumağımı tövsiyə etmişdi. Adətim üzrə, ortalardan, sonlardan bir neçə hekayə oxumağıma baxmayaraq vaxtında edilmiş bu xəbərdarlığa əməl etdim və toplam 44 hekayəni ardıcıllıqla oxumağa başladım. Oxuyub bitirənə yaxın mənzərə ortaya çıxdı, sanki 44 parçadan oluşan pazl vahid bir tablonu əks etdirirdi. Ayrı-ayrı zamanlarda və məkanlarda, tamamən ayrı-ayrı personajların iştirak etdiyi hekayələr birləşərək bir roman təsiri bağışladı, əslində isə “Gecikmiş Hekayələr”i ready-made (hazır mətn) üslubunda yazılmış gözəl bir roman da adlandırmaq olar. İlk baxışdan sadə, bəzən də bəsit görünən bu əhvalatları yazarın nə üçün qələmə aldığını anlaya bilmirsən, lakin get-gedə, hekayədən-hekayəyə boyalar tündləşir, uşaqcasına saf duyğularla və sadə dillə başlayan təsvirlər sonda xəstə bir qocanın söyüşlə dolu acı deyinmələrinə bənzəyir. Kitabı oxuduqca Azərbaycan ədəbiyyatında nadir rast gəlinən konseptual bir mətnlə qarşı-qarşıya olduğunu dərk edirsən – zahirən rabitəsiz görünən hekayələr ayrı-ayrılıqda maraqlı olmaqla bərabər, ümumən 100 ilə yaxın bir dövrü əhatə edir və bir mənada bugünkü Azərbaycan insanının təşəkkül prosesini canlandırır. Hadisələr Oktyabr inqilabından əvvəlin bəylik dönəmindən başlayaraq ta bu günümüzədək davam edir, inqilabın ilk illəri, sovet quruculuğu dönəmi, müharibə öncəsi və sonrası, 60, 70, 80-ci illər və s. – dolayısıyla yüzillik tarixin bütün mərhələlərini əks elətdirən hekayələr biri-birini izləyir. Əsərin qəhrəmanı ümumiləşdirilmiş azərbaycanlı obrazıdır, belə demək olarsa, hadisələr bir nəfərin – azərbaycanlı sovet insanının başına gəlir. Düzdür, bu insanın uşaqlığı sovetlərdən öncəyə, yaşlılıq dönəmi sovetlərdən sonraya təsadüf edir, lakin özəlliklə sovet insanının eybəcər portreti hekayələrin mərkəz mövzusudur. Bu coğrafiyadakı insanların cəmi yüz il ərzində necə simasızlaşdığı, mənəvi deqradsiyaya uğradığı, əxlaqi keyfiyyətlərini itirdiyi xronoloji ardıcıllıqla oxuculara təqdim olunmaqdadır. Hekayələrdə – romanda bədii dillə “biz kimik?” sualına dolayı yolla cavab verilir. Əsəri oxuyan insan bu günə qədər cavabsız və anlaşılmaz görünən bir çox sualların cavabını fəhm edəcəkdir. Əslində, bədii ədəbiyyatın vəzifəsi də, hansı janrda və üslubda yazılmasından asılı olmayaraq, içində olduğumuz zamanın anlaşılmaz kimi görünən suallarına cavab tapmaqdır və ya buna yardımçı olmaqdır.