Книга "Подарки для детей от Абдуллы Шига и Аббаса Сэххэта" представляет собой сборник стихов на языке для детей, написанных Абдуллой Шигом и Аббасом Сэчхэтом, авторами первой полной коллекции азербайджанской детской литературы. Основной темой стихов Абдуллы была природа животных.

Аудиокнига «Uşaqlara hədiyyə A.Səhhət və A.Şaiqin şeirləri» написана автором Abdulla Şaiq в году.

Минимальный возраст читателя: 0

Язык: Азербайджанский


Описание книги от Abdulla Şaiq

Bu kitabda Azərbaycan uşaq ədəbiyyatının ilk kamil nümayəndələrindən olan Abdulla Şaiq və Abbas Səhhətin uşaqlara həsr olunmuş şeirləri toplanmaşdır. Abdulla Şaiqin şeirlərinin başlıca mövzusu heyvanlar aləmi idi. Burada birinci növbədə ev quşları və ev heyvanları (“Xoruz”, “Keçi”, “Uşaq və dovşan”, “Yetim cücə”, “Təpəl kəlim”, “Dovşan”, “Bir quş, “Quzu” və b.) şairin qələmində yeni-yeni obrazlara uşaqların əyləncəsinə çevrilirdi. Şairin heyvanlar aləminə tez-tez müraciət etməsi təbii idi. Belə ki, balacalar adətən heyvanların məişətinə daha çox maraq göstərir, onlarla əylənməyi, təmasda olmağı, onları öz oyunlarına cəlb etməyi sevirlər. Kənd məişətinə yaxşı bələd olan Abdulla Şaiq ev heyvanlarının hər birini öz təbiətinə, fərdi davranış və əlamətlərinə görə təsvir etmişdir. A.Səhhətin də yaradıcılığında uşaq əsərləri öz təbiiliyi və səmimiliyi ilə əks olunmuşdur. Lirik şeirləri, mənzum hekayələri, nəğmələri, təmsilləri, pyesləri, Rus və Qərb ədəbiyyatından elədiyi tərcümələr A.Səhhətin uşaq ədəbiyyatına dərin bələd olmasını göstərirdi. “Ata və oğul”, “Ana və bala”, “Ana və uşaq”, “İki uşaq”, “Məktəb şagirdi”, “Tənbəl” şeirlərində A.Səhhət ən əvvəl uşaqları məktəbə, təhsilə, elm və maarifə çağırırdı. Bunu uşaqların təbii həvəsinin nəticəsi kimi ifadə edir.



Похожие книги

Информация о книге

  • Рейтинг Книги:
  • Автор: Abdulla Şaiq
  • Категория: Книги для детей
  • Тип: Аудиокнига
  • Язык: Азербайджанский
  • Издатель: Аудиокитаб ООО