В сборнике "Аликулу женится", автор Сабит Рахманом затронул новую и независимую социальную этическую проблему - проблему лжи.

Аудиокнига «Əliqulu evlənir» написана автором Сабит Рахман в году.

Минимальный возраст читателя: 0

Язык: Азербайджанский


Описание книги от Сабит Рахман

Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasında yeni və müstəqil bir sosial-əxlaqi məsələ – “yalan” problemi öz əksini tapır. Bu isə Sabit Rəhmanın, həm də dövrün komediyaya marağında, tamamilə, təbii bir mərhələ idi: uzun bir müddət həqiqətə yox, illüziyaya xidmət edən satiranı bir mövzu kimi yalan maraqlandırmaya bilməzdi. “Əliqulu evlənir”də yalan, bir problem kimi, yenə də hələ vəzifə ehtirasının materiallarında təhlil edilir. Komediyada vəzifə xəstəliyi, kabinet, telefon, kağız, protokol azarı: bürokratiya ilə ehkam, eqoizm və yaltaqlıq arasında daxili vəhdət klassik realist səviyyədə tapıla və həll oluna bilər. Əliqulu sanki yuxudan ayılır və birdən xəbər tutur ki, vəzifə əldən gedir, stol əldən gedir. Klassik faciənin “nə etməli?”, “necə etməli?” sualı onun qarşısında “stolu necə saxlamalı?” şəklində durur. O, “ya stol, ya da heç nə” qətiyyəti ilə hərəkət etməyə qərar verir. Xilas üçün yüksək rütbəli bir şəxslə qohum olmaqdan başqa ayrı çarə tapmır. Komik sujetin əsasında da əldən gedən stolu zorla saxlamaq üçün Əliqulunun göstərdiyi səylər durur. Əliqulunun komizmi həmişə telefon və stol dalında rahat yuva tapan tüfeylinin və nadanın komizmidir. Məhz vəzifə təşnəliyi komediyada Əliqulunun şakəri, vərdişi, azarı kimi klassik səviyyədə işlənmişdir.



Похожие книги

Информация о книге

  • Рейтинг Книги:
  • Автор: Сабит Рахман
  • Категория: Юмор и сатира
  • Тип: Аудиокнига
  • Язык: Азербайджанский
  • Издатель: Аудиокитаб ООО