Книга Xəlil Рзы Ulutürk "Davam eder 37" - это произведение выдающегося азербайджанского поэта, доктора филологических наук, заслуженного деятеля культуры, мужественного борца за права человека. В годы юношеских боев, когда он был еще молодым человеком, он занимал позицию, которая отражала принципы и светлость его положения.

Аудиокнига «Davam edir 37» написана автором Халил Рза Улутюрк в году.

Минимальный возраст читателя: 0

Язык: Азербайджанский


Описание книги от Халил Рза Улутюрк

Görkəmli Azərbaycan şairi, filologiya elmləri doktoru, əməkdar incəsənət xadimi, insan hüquqları uğrunda böyük mübariz Xəlil Rza Ulutürk əsrin mürtəce qüvvələrinə qarşı hələ gənc illərindən başladığı gündəlik döyüşlərində güzəştsiz, prinsipial, işıqlı mövqe tutduğu üçün 1990-nın qanlı yanvar günlərində həbsə alınmış və doqquz aya yaxın həbs müddətində coşqun, qaynar, ilhamlı yaradıcılıq həyatını bir an da dayandırmamış, məhkəmə tərəfindən tam bəraət almış, zindan şeirlərinə və dünya şöhrətli “Davam edir 37…” əsərinə görə M.F.Axundzadə mükafatına layiq görülmüşdür. Şairin bu kitabının bədii sanbalı, satqınlıq kursu götürənlərə qarşı amansızlığı, qəzəb və nifrətinin sağlamlığı göstərir ki, möhtəşəm poeziya yaradıcısı daha yüksək qiymətə layiqdir. Şair üçün zindan məfhumu həmişə sözün əsl mənasındakı zindan deyildir. Əsl sənətkar işıqlı dünyada – onu darıxdıran mövcud cəmiyyətdə də özünü zindanda sayır, haqq səsini, etiraz harayını, xalqın bağrından doğan fəryadını ucaldır və bu fəryad gec-tez onu həqiqi zindana gətirir. Başqaları “yenidənqurma” deyilən “yeni günləri” vəsf etməyə ibarəli sözlər, yeni qafiyələr axtaranda Xəlil Rza “yeni inqilabın” yaradıcılarının gözlərinin içinə dedi ki: “Davam edir 37, daha kəskin, daha ciddi!” Xəlil Rza doqquz ay həbsxanada doğma Azərbaycandan, geniş dünyadan təcrid edilib yaşamışdı. Siyasi dustaq buxovları, zindan zülməti onun məğrur şəxsiyyətinin, kəsərli poeziyasının qabağında aciz və cılız görünürdü: Dəftər-qələm istədim, əmrə əməl etdilər, – Azadsınız! – söylədim, sürüşdülər, getdilər. Şairin şeirlərində azadlıqda olanda qələbə çala bilmədiyin düşməninlə imkan düşərsə, zindanda mərdliyinlə, qətiyyətinlə qələbə çalmalısan, ələxüsus o halda ki, düşmən sənin özündədir, öz içindəcə sənə meydan oxuyur. Və özün özünə, öz içindəki düşməninə qələbə çala bilməsən, kənardakı düşmənlər səni asanca yıxacaqlar: Qırdım, atdım qəlyanı, uzaqlaşdı tüstülər, Azca dincəldi sinəm, bir söz söylədim bu dəm. Birinci düşmənimi məhv etmişəmsə əgər, Bütün düşmənlərimin öhdəsindən gələrəm! Şair öz poeziyası ilə millətçi, təcəvüzkar siyasətlərə, belə iyrənc siyasətlərin liderlərinə söz divanı tutur, amma bu söz divanı heç də həmin millətçi, təcavüzkar siyasətlərin, bu siyasətlərin liderlərinin mənsub olduğu xalqın ünvanına deyildir. Xəlil Rzanın zindan günlərinin anlarından doğan sətirlərində şairin əyilməz iradəsini, əzəmətli poeziyasının qanadlarını, ən ağır məqamlarda da kişi dözümünü, həyat nikbinliyini duymaq olur…



Похожие книги

Информация о книге

  • Рейтинг Книги:
  • Автор: Халил Рза Улутюрк
  • Категория: Стихи и поэзия
  • Тип: Аудиокнига
  • Язык: Азербайджанский
  • Издатель: Аудиокитаб ООО